İsrail Ordusu Qəzza zolağında 4 hərbçinin öldüyünü bildirib

İsrail Ordusu Qəzza zolağında 4 hərbçinin öldüyünü bildirib
  08 Sentyabr 2025    Oxunub:510
İsrail Ordusu Qəzza zolağında gedən döyüşlər zamanı yeni itkilər verib.
AzVision.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dörd hərbçi həlak olub. Bunlar 401-ci zirehli briqadanın üç çavuşu və hazırda şəxsiyyəti açıqlanmayan daha bir əsgərdir.

Onların hamısı Qəzza zolağının şimalında gedən döyüşlərdə ölüb.

AzVision.az



Teqlər:



Xəbər lenti