İstanbulda İŞİD əməliyyatı: 19 nəfər tutulub

İstanbulda İŞİD əməliyyatı:    19 nəfər tutulub
  09 Sentyabr 2025    Oxunub:1075
İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, əməliyyatın ilkin mərhələsində silahlı münaqişə əraziləri ilə əlaqələri üzə çıxarılan, Türkiyə üçün təhlükə sayılan 10 əcnəbi terrorçu ələ keçirilib.

Növbəti mərhələdə isə İŞİD üzvləri ilə əlaqə saxlayan, sosial şəbəkədə İŞİD təbliğatı aparan daha 9 nəfər müəyyənləşdirilərək yaxalanıb.

Şübhəlilərin saxlanılmaları üçün İstanbulun ümumilikdə 12 rayonunda 21 ünvana basqın həyata keçirilib. Hazırda istintaq tədbirləri aparılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İŞİD   antiterror   əməliyyat  



Xəbər lenti