İrəvan sülh sazişi barədə Vyananı məlumatlandırıb

   İrəvan sülh sazişi barədə Vyananı məlumatlandırıb
  09 Sentyabr 2025    Oxunub:1002
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avstriyaya səfəri çərçivəsində bu ölkənin Milli Şurasının (parlamentin aşağı palatası) nümayəndələri ilə görüş keçirib.
Ermənistan mətbuatının yaydığı məlumata əsasən, baş tutan görüşə Avstriya Milli Şurasının xarici əlaqələr komitəsinin sədri Petra Bayer və deputat Veyt Denqler qoşulublar. Danışıqlar əsnasında Avstriya tərəfinin xahişi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, Vaşinqtonda imzalanmış sazişlərə dair müzakirələr aparılıb.

Tərəflər həmçinin Ermənistan və Avstriya arasında əməkdaşlığın mümkün istiqamətlərini qiymətləndiriblər. Xüsusilə iqtisadi tərəfdaşlıq və qarşılıqlı sərmayələrin əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Avstriya   Azərbaycan   sülh-prosesi  



Xəbər lenti