Rusiyanın Belqorod vilayətinə dron hücumu olub

Rusiyanın Belqorod vilayətinə dron hücumu olub
  10 Sentyabr 2025    Oxunub:1706
Rusiyanın Belqorod vilayətinin hökumət binası pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgənin Ukrayna PUA-larının zərbələri altına düşdüyünü açıqlayıb. İlkin məlumatlara görə, itki yoxdur.

“Belqorod vilayətinin hökumət binası yenidən PUA-nın hücumuna məruz qalıb. Partlayış fasadı və şüşələri zədələyib. Bundan əlavə, şəxsi ev vurulmuş pilotsuz təyyarənin dağıntıları nəticəsində yanıb. Alov yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb”, - qubernator deyib.

Qladkov bildirib ki, hakimiyyət fövqəladə vəziyyətlə əlaqədar Belqorod şəhərinin özündə və Belqorod vilayətində iri ticarət mərkəzlərinin işini dayandırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Belqorod   hücum  



Xəbər lenti