Rusiyanın Belqorod vilayətinə dron hücumu olub
“Belqorod vilayətinin hökumət binası yenidən PUA-nın hücumuna məruz qalıb. Partlayış fasadı və şüşələri zədələyib. Bundan əlavə, şəxsi ev vurulmuş pilotsuz təyyarənin dağıntıları nəticəsində yanıb. Alov yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb”, - qubernator deyib.
Qladkov bildirib ki, hakimiyyət fövqəladə vəziyyətlə əlaqədar Belqorod şəhərinin özündə və Belqorod vilayətində iri ticarət mərkəzlərinin işini dayandırır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Belqorod hücum







Vaxtında, Aydın, Lazımlı!


