Avropa Parlamentində yenidən Ursula fon der Lyayenin istefası tələb ediləcək

Avropa Parlamentində yenidən Ursula fon der Lyayenin istefası tələb ediləcək
  10 Sentyabr 2025    Oxunub:550
Avropa Parlamentində ifrat sağçılar və solçular Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumu məsələsi ilə bağlı rəhbərliyə ayrı-ayrılıqda müraciət hazırlayırlar.
AzVision.az "Politico"ya istinadən məlumat verir ki, sənədlərin bu gün gecə yarısına qədər təqdim edilməsi planlaşdırılır.

Bununla bağlı qərar Ursula fon der Lyayenin sentyabrın 10-da Avropa İttifaqının gələcəyi haqqında proqram nitqi ilə çıxışından sonra verilib.

Deputatlar həmçinin debatlar zamanı AK sədrinin tənqidlərə və istefa tələblərinə verdiyi cavablardan narazı qalıblar.

AzVision.az



Teqlər:



Xəbər lenti