Ukrayna ilə bağlı Aİ-dən bədbin proqnoz

Ukrayna ilə bağlı Aİ-dən bədbin proqnoz
  11 Sentyabr 2025    Oxunub:1153
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə Ukrayna arasında müharibənin daha bir neçə il davam edə biləcəyini deyib.
AzVision.az “EFE” agentliyinə istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri öz nöqteyi-nəzərindən hadisələrin gələcək inkişafının mümkün ssenarilərini dilə gətirib.

“Məncə, realist ssenari müharibənin daha bir neçə il davam edəcəyidir. Təəssüf ki, ABŞ prezidenti Donald Trampın səyləri də nəzərə alınmaqla, sülhə nail olmaq səyləri heç bir nəticə verməyib”, - bir sıra media resurslarına açıqlamasında Kaya Kallas deyib.

Onun fikrincə, pessimist ssenaridə Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə getməli olacaq.

Çinlə bağlı Kaya Kallas bildirib ki, Aİ qarşısında iki əsas problem Ukrayna ilə müharibədə Pekinin Rusiyaya dəstəyi və “məcburi iqtisadi təcrübələr”dir.

- Çinə gəldikdə biz qlobal oyunçu kimi çıxış etməyə hazır deyilik, çünki nə edilməli olduğuna dair ümumi baxışımız yoxdur”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   proqnoz  



Xəbər lenti