Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri görüşüblər

   Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri görüşüblər
  11 Sentyabr 2025    Oxunub:977
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev erməni həmkarı Mher Qriqoryanla geniş nümayəndə heyətləri tərkibində görüş keçirib.
Bu barədə Mher Qriqoryanın ofisi məlumat yayıb. Bildirilib ki, görüş iki ölkənin sərhədyanı Sünik və Zəngilan rayonlarının ərazisində baş tutub.

Danışıqlar Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının nümayəndələrinin, habelə digər rəsmi şəxslərin iştirakı ilə keçirilib.

Görüş haqqında hər hansı digər təfərrüat açıqlanmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh   danışıqlar  



Xəbər lenti