Bundestaq sülh sazişi haqqında məlumatlandırılıb

   Bundestaq sülh sazişi haqqında məlumatlandırılıb
  12 Sentyabr 2025    Oxunub:1059
Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan Bundestaqın (parlamentin aşağı palatası) xarici əlaqələr komitəsinin sədri Armin Laşetlə görüşüb.
Bu barədə səfir özünün "Facebook" hesabında məlumat yayıb. Bildirilib ki, tərəflər qarşılıqlı əməkdaşlıq məsələləri ilə yanaşı əsas etibarilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasından, Vaşinqtonda paraflanmış sülh sazişindən danışıblar. Komitə sədri vurğulayıb ki, iki ölkənin sülh yolunu seçməsi təqribən 40 illik münaqişəni başa çatdırıb.

"Hökumətləri regionu daha yaxşı gələcəyə aparmaq naminə fürsətdən yararlanıblar. Saziş, eyni zamanda, bütün Qafqazda vəziyyətin sabitləşməsinə töhfə verir, Avropa ilə Mərkəzi Asiya arasında yeni yollar açır. Almaniya hər iki tərəf üçün bu sülh prosesini dəstəkləyəcək", – o deyib.
İrəvan sülh sazişi barədə Vyananı məlumatlandırıb

Viktor Yengibaryan da, öz növbəsində, vurğulayıb ki, Vaşinqtonda imzalanmış sənədlər həm region, həm də Avropa İttifaqı üçün faydalıdır.

"Artıq vəziyyət dəyişib. Münaqişə məntiqi hərtərəfli əməkdaşlıq məntiqi ilə əvəzlənəcək. Bu əməkdaşlıqdan hamı yararlanacaq", – səfir söyləyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Almaniya   Azərbaycan   sülh   məlumat  



Xəbər lenti