Çarli Kirkin qatili necə gizlənib? | VİDEO

   Çarli Kirkin qatili necə gizlənib?    | VİDEO
  12 Sentyabr 2025    Oxunub:884
Amerikalı sağçı fəal və ABŞ-nin “Turning Point (TPUSA)” layihəsinin icraçı direktoru Çarli Kirkin qatilinin cinayəti törətdikdən sonra qaçmasını əks etdirən video yayımlanıb.
AzVision.az xəbər verir ki, yayımlanan video-materiallarda qatilin təxminən 3,5 metr hündürlükdən damdan tullanaraq naməlum istiqamətə doğru axsaya-axsaya qaçdığı görünür.

Trampın silahdaşı öldürülüb | VİDEO
Xatrıladaq ki, sağçı fəal Yuta vadisindəki Universitetdə çıxışı zamanı güllələnib. O, boynundan güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir qədər sonra ABŞ prezidenti Donald Tramp Kirkin ölümünü elan edərək dövlət bayraqlarının yarıya qədər endirilməsi barədə əmr verib.

ABŞ-nin Federal Təhlükəsizlik Bürosunun rəhbəri Keş Patel əvvəlcə qətldə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlasa da, sonradan bu xəbər təkzib edilib.

Maraqlıdır ki, Donald Trampın silahdaşının qətli ilə bağlı ABŞ-nin Nümayəndələr Palatasında keçirilən müzakirələrdə ehtiraslar coşub. Respublikaçı və demokrat konqresmenlər bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndiriblər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:  



Xəbər lenti