Rusiyadakı zəlzələ ABŞ-yə də təhlükə yaradıb | VİDEO

   Rusiyadakı zəlzələ ABŞ-yə də təhlükə yaradıb    | VİDEO
  13 Sentyabr 2025    Oxunub:563
Rusiyanın Kamçatka yarımadasında hiss olunacaq amplituda səviyyəsində güclü zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, geofiziki xidmətlərə istinad edən Rusiya mediasının məlumatına görə, yeraltı təkanın gücü 6 ball olub. Petropavlovsk-Kamçatsk şəhərində zəlzələ hiss edilib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdan 123 km aralıda, 46,8 km dərinlikdə qeydə alınıb. Onların maqnitudası 6,3 dərəcə olub. Hazırda digər məlumatlar dəqiqləşdirilir.

Kamçatka sahillərində güclü zəlzələ olub | VİDEO
ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. NOAA-nın məlumatına görə, zəlzələnin gücü 7,5 bal təşkil edib.

Xatırladaq ki, bu il iyulun 30-da da Petropbavlovsk-Kamçatsk şəhərindən təxminən 150 km aralıda 8,7 bal gücündə zəlzələ yaşanıb.

Nəticədə sunami yarımadanın sahillərinə yuvarlanmışdı və Sakit Okeanın şimalındakı Kaliforniyaya qədər bütün sahilyanı ərazilərə hündürlüyü üç metrə çatan dalğalar barədə xəbərdarlıq edilmişdi.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kamçatka   zəlzələ  



Xəbər lenti