Rusiyada dəmir yolunda partlayış: Ölənlər var

Rusiyada dəmir yolunda partlayış:    Ölənlər var
  13 Sentyabr 2025    Oxunub:572
Rusiyanın Oryol vilayətində dəmiryol relslərinə baxış zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, partlayıcı qurğular relslərə baxış zamanı aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanları partlayıcını quraşdıran şəxs və ya şəxsləri axtarışlarını davam etdirir.

AzVision.az



Teqlər:



Xəbər lenti