Amerikalı girovların azad edilməsi ilə bağlı danışıqlar aparılıb

Amerikalı girovların azad edilməsi ilə bağlı danışıqlar aparılıb
  14 Sentyabr 2025    Oxunub:496
ABŞ Əfqanıstanda 2021-ci ildən hakimiyyətdə olan Taliban hərəkatı ilə amerikalı girovların azad edilməsi ilə bağlı danışıqlar aparıb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Danışıqlarda ABŞ tərəfindən prezidentin girovların azad edilməsi məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beller və Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad iştirak ediblər. Əfqanıstan tərəfini xarici işlər naziri Əmir Xan Müttəqi təmsil edib.

Əfqanıstan Xarici İşlər Nazirliyi hər iki tərəfin, xüsusilə də bir-birinin ölkələrində həbsdə olan vətəndaşlarla bağlı danışıqları davam etdirəcəyini bildirib. Ağ Ev və ABŞ Dövlət Departamenti hələlik şərh verməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti