Qırğızıstanın keçmiş prezidentinin ailəsi evindən çıxarıldı | VİDEO

Qırğızıstanın keçmiş prezidentinin ailəsi evindən çıxarıldı    | VİDEO
  14 Sentyabr 2025    Oxunub:760
Qırğızıstanın keçmiş prezidenti, 2011-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş Almazbek Atambayevin ailəsi Koy-Taş kəndində yaşadığı evdən çıxarılıb. Məhkəmənin qərarı ilə ev dövlətin mülkiyyətinə keçib.
Atambayevin qızı Aliya Şaqiyeva sosial şəbəkə hesabında bildirib ki, bir qrup şəxs gələrək, qapını zorla açıb, evi boşaldıblar.

Evdə ya qocalar evinin, ya da uşaq bağçasının yaradılacağı gözlənlir.

Yada salaq ki, Bişkek məhkəməsinin qərarı ilə keçmiş prezidentin barəsində qiyabi olaraq 11 il 6 ay azadlıqdan məhrumetmə hökmü çıxarılıb. 7 avqust 2019-cu ildə Koy-Taş kəndində Atambayevi həbs etməyə gələn “Alfa” xüsusi təyinatlıları ilə yerli əhalinin arasında toqquşma olmuşdu.

Samir Quliyev
AzVision.az




Teqlər: Qırğızıstan  



Xəbər lenti