Türkiyədə silahlı toqquşma olub

Türkiyədə silahlı toqquşma olub
  14 Sentyabr 2025    Oxunub:628
Türkiyənin Van şəhərində iki ailə arasında başlayan mübahisə silahlı toqquşmaya çevrilib. Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.

AzVision.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Çaldıran rayonunda qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başlayıb.

Məlumata görə, ailələr ərazi məsələsinə görə mübahisə ediblər.


Teqlər: Türkiyə  



Xəbər lenti