Börns: “Üçünücü Dünya müharibəsi realdır”

      Börns:    “Üçünücü Dünya müharibəsi realdır”
  15 Sentyabr 2025    Oxunub:748
Amerikalı pastor və siyasətçi, ABŞ prezidenti Donald Trampın ruhani müşaviri Mark Börns qlobal gərginliyin artmasından narahatlığını bildirib.
AzVision.az xəbər verir ki, Mark Börns Ukraynanın “Espreso” nəşrinə müsahibəsində bəşəriyyətin Üçüncü Dünya müharibəsinin astanasında dayandığını iddia edib.

“Gözümüzün önündə yeni şər mehvəri yaranır: Çin, Hindistan, Şimali Koreya və Rusiya birləşib. Əgər gərginlik yaransa, ABŞ və onun avropalı tərəfdaşları Amerika ordusunun bütün gücündən istifadə etməyə məcbur olacaqlar. Bu, qarşısını almağa çalışdığımız ssenaridir, lakin artıq zəmin hazırlanıb”, - Donald Trampın ruhani müşaviri vurğulayıb.

Onun fikrincə, duanın gücünə inananlar üçün müharibənin başlaması deyil, münaqişənin sülh yolu ilə həllinə ümid qalır.

Yeri gəlmişkən, bəzi analitiklər son illərdə Üçüncü Dünya müharibəsinin artıq fraqmentar şəkildə getdiyini iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Börns   Dünya   müharibə  



Xəbər lenti