ABŞ-Yaponiya-Koreya təlimləri başlayıb

   ABŞ-Yaponiya-Koreya təlimləri başlayıb
  15 Sentyabr 2025    Oxunub:835
Cənubi Koreya, ABŞ və Yaponiyanın silahlı qüvvələri bu gündən başlayaraq sentyabrın 19-dək Cecudo adasının cənub-şərqindəki beynəlxalq sularda üçtərəfli "Freedom Edge" hərbi təlimləri keçirəcək.
Bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi rəsmi mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, təlimlər çərçivəsində hərbçilər bir neçə sahədə: dənizdə, havada, həmçinin kiberməkanda öz bacarıqlarını göstərəcəklər. Eyni zamanda, hava və raket hücumundan müdafiə, dənizdə tibbi evakuasiya və müdaxilə məşqləri də baş tutacaq.

Cənubi Koreyanın Baş Qərargahı diqqətə çatdırıb ki, təlimlərin "Şimali Koreyadan gələn nüvə və raket təhlükəsinə cavab” məqsədi daşıdığını, regionda sülh və sabitliyə töhfə verəcəyini diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, "Freedom Edge" adı altında 2024-cü ilin iyun və noyabr aylarında da sözügedən ölkələrin iştirakı ilə üçtərəfli hərbi təlimlər keçirilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Cənubi-Koreya   ABŞ   Yaponiya   hərbi-təlim  



Xəbər lenti