İrana casusluq edən israilli həbs olunub

İrana casusluq edən israilli həbs olunub
  15 Sentyabr 2025    Oxunub:1070
Qüds Rayon Məhkəməsi 22 yaşlı ifrat-ehkamçı yəhudi Elimeleh Şterni xarici casusla əlaqədə olmaqda və İran kəşfiyyatına fayda verməkdə təqsirli bilib.
AzVision.az “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, istintaq Şternin Telegram messenceri vasitəsilə İran agenti ilə əlaqə saxladığını, onun tapşırıqlarını yerinə yetirdiyini və kriptovalyuta ilə ödəniş aldığını müəyyənləşdirib. Onun hərəkətlərinə siyasi posterlər yerləşdirmək, təhdidlər etmək və pul gizlətmək olub.

“Bundan əlavə, ona meşəni yandırmaq tapşırığı verildi. İstintaqın məlumatına görə, qətl və meşəni yandırmaq istisna edilməklə, Eimeleh Ştern tapşırıqların əksəriyyətini yerinə yetirməyə razı olub” , - qəzet vurğulayır.

Maraqlıdır ki, Ştern bu əməliyyatlara kömək üçün daha iki israillini də işə cəlb edib. Bəzi təhlükəli tapşırıqlar yerinə yetirilməmiş qalsa da, məhkəmə Elimeleh Şternin əlaqələrinin düşmənçilik xarakterindən xəbərdar olduğunu təsdiqləyib. Hələlik cəza tədbiri ilə bağlı qərar verilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran   casus  



Xəbər lenti