Soydaşımız Rusiyada şəhər Dumasının deputatı seçilib

   Soydaşımız Rusiyada şəhər Dumasının deputatı seçilib
  15 Sentyabr 2025    Oxunub:842
Azərbaycanlı Bəhruz Hümbətov Rusiyanın Udmurtiya respublikasının paytaxtı İjevsk Şəhər Dumasına keçirilən seçkilərdə qalib gəlib.
AzVision.az xəbər evrir ki, soydaıımız 25 saylı seçki dairəsində səsvermədə iştirak edən vətəndaşların 59,6%-nin etimadını qazanıb.

Gürcüstan SSR-nin Dmanisi rayonunun Ormaşen kəndindən olan Bəhruz Hümbətov Udmurtiya Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.

Əvvəllər o, altıncı və yeddinci çağırış İjevsk Şəhər Dumasının deputatı olub, eyni zamanda Sosial Siyasət daimi komissiyasına rəhbərlik edib.

Hazırda Bəhruz Hümbətov “Sibir” MMC-nin direktoru vəzifəsini icra edir, Udmurtiya respublikasının “Soyuzniki” Yerli İcmalarının İnkişafı Fondunun rəyasət heyətinin sədri və “Dostluq” Udmurtiya-Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatının sədr müavinidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycanlı   Udmurtiya   deputat  



Xəbər lenti