Peskov: “NATO Rusiya ilə müharibə aparır"
"Açıq-aşkar göz qabağındadır ki, sözügedən alyans Ukraynaya birbaşa və ya dolayı dəstək verməklə Rusiyaya qarşı müharibəyə qoşulub. Bu faktın hər hansı sübuta ehtiyacı yoxdur", - katib vurğulayıb.
Radoslav Sikorski Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində söyləyib ki, NATO-ya üzv ölkələr Rusiya ilə döyüşə girmək istəmirlər.
"Bu baxımdan Ukrayna üçün təhlükəsizlik təminatlarının effektivliyinə şübhə ilə yanaşıram. Çünki bu cür təminatların şərti belədir ki, Avropa ölkələri Moskvaya qarşı müharibə aparmağa hazır durmalıdırlar. İnandırıcı deyil. Bu və ya digər ölkə müharibəyə qoşulmaq istəmir", - nazir deyib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya Ukrayna müharibə Polşa NATO reaksiya







Vaxtında, Aydın, Lazımlı!


