Türkiyədə XİN əməkdaşları saxlanılıb

Türkiyədə XİN əməkdaşları saxlanılıb
  16 Sentyabr 2025    Oxunub:959
Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 15 nəfər həbs edilib.
AzVision.az Türkiyənin “TRT Haber” telakanalına istinadən xəbər verir ki, həbs əməliyyatları mərkəzi Ankara olmaqla 4 əyalətdə həyata keçirilib.

Saxlanılanlardan 8-nin hazırda Türkiyənin Xarici İşlər nazirliyinin (XİN) əməkdaşı olduğu, 6-nın əvvəllər burada, daha bir nəfərin isə başqa qurumda çalışdığı bildirilir.

Xatırladaq ki, FETÖ hərəkatı 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdi təşkil etdikdən sonra Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı elan olunub. 2024-cü il oktyabrın 20-də təşkilatın lideri Fətullah Gülən ABŞ xəstəxanasında vəfat edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   XİN   FETÖ  



Xəbər lenti