Kats: "HƏMAS silahı yerə qoymalıdır"

      Kats:    "HƏMAS silahı yerə qoymalıdır"
  16 Sentyabr 2025    Oxunub:835
"Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı silahı yerə atmalı, əsirləri azadlığa buraxmalıdır. Əks təqdirdə, Qəzza zolağı tamamilə dağıdılacaq".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats hərbçilərlə görüş əsnasında dilə gətirib. O vurğulayıb ki, ölkəsinin HƏMAS-dan tələbi yalnız sadaladığı məsələlərdir.

"Bu tələblərdə könüllülükdən söhbət gedə bilməz. Onlar yerinə yetirməsələr, hücumun nəticəsində hamısını aradan götürəcəyik. Bu həm də əsirlərin azadlığa çıxarılması üçün fürsət yaradacaq", – nazir vurğulayıb.

Məlumat üçün bildirək ki, İsrail Silahlı Qüvvələri bu gün hərbi əməliyyatları genişləndirərək, Qəzza şəhərinə doğru hücuma keçib.

"Qəzza şəhərinə nəzarəti ələ keçirmək istəyirik, çünki bu, HƏMAS-ın əsas idarə simvoludur. Qəzza nəzarətə götürülərsə, onlar da dağılışacaqlar", – İsrael Kats söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   Qəzza   müharibə  



Xəbər lenti