KTMT: "Yaxın Şərqin terrorçuları Asiya üçün təhlükədir"

      KTMT:    "Yaxın Şərqin terrorçuları Asiya üçün təhlükədir"
  17 Sentyabr 2025    Oxunub:726
"Yaxın Şərqdəki radikal ekstremist qrupların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cənub sərhədlərinə doğru mümkün hərəkəti Mərkəzi Asiya ölkələri üçün əsas təhlükədir".
Bu sözləri KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "Sərhəd-2025" regional hərbi təliminin açılış mərasimində nitq söyləyərkən dilə gətirib. O diqqətə çatdırıb ki, dünyanın müxtəlif yerlərində köhnə münaqişələrin daha da qızışması ilə yanaşı yeni qaynar nöqtələr meydana gəlir.

"Bu baxımdan bu və ya digər radikal qruplaşmanın Yaxın Şərqdən regionumuza doğru irəliləməsi, ölkələrimizin ərazisində öz ideologiyasını yayması, gəncləri terrorçuluğa şirnikləndirməsi potensial təhlükədir", – Baş katib vurğulayıb.

Onun sözlərinə görə, belə bir təhlükədən yayınmaq naminə milli silahlı qüvvələrlə KTMT-nin Kollektiv Qüvvələri arasında qarşılıqlı fəaliyyət zəruridir.

Məlumat üçün bildirək ki, "Sərhəd-2025" hərbi təlimləri Rusiya, Qırğızıstan, Qazaxıstan və Tacikistanın iştirakı ilə Qırğızıstanın Balıqçı şəhərində keçirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: KTMT   Yaxın-Şərq   Mərkəzi-Asiya   təhlükə  



Xəbər lenti