Türkiyədə daha 51 İŞİD üzvü ələ keçib

   Türkiyədə daha 51 İŞİD üzvü ələ keçib
  18 Sentyabr 2025    Oxunub:966
Türkiyənin ümumilikdə 32 vilayətində, o cümlədən paytaxt Ankara və İstanbul şəhərlərində keçirilən əməliyyatlar nəticəsində "İraq Şam İslam Dövləti" terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, saxlanılan şübhəlilər sözügedən terror təşkilatına üzvlükdə, bu təşkilata maddi yardım göstərməkdə və müxfəlif sosial şəbəkə platformalarında təbliğat aparmaqda təqsirli bilinirlər.

Son 2 həftə ərzində həyata keçirilmiş əməliyyatlarda həmçinin çox sayda təşkilati sənəd və rəqəmsal material da aşkarlanaraq götürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İŞİD   antiterror   əməliyyat  



Xəbər lenti