ABŞ bir neçə F-35 döyüş təyyarəsini Puerto-Rikoya yerləşdirib

ABŞ bir neçə F-35 döyüş təyyarəsini Puerto-Rikoya yerləşdirib
  18 Sentyabr 2025    Oxunub:562
ABŞ narkokartellərə zərbə vurmaq məqsədilə bir neçə F-35 döyüş təyyarəsini Puerto-Rikoya yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

İki ABŞ rəsmisi bir neçə F-35 təyyarəsinin hazırda ABŞ-a məxsus həmin ərazidə olduğunu açıqlayıb. Bildirilir ki, təyyarələr 2000-dən çox dəniz piyadasını daşıyan bir neçə gəmi və həftələrdən bəri bölgədə olan dəniz patrul təyyarələri ilə birgə müvafiq missiyanı həyata keçirəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti