Şimali Koreya yeni məxfi silah hazırlayıb

   Şimali Koreya yeni məxfi silah hazırlayıb
  22 Sentyabr 2025    Oxunub:758
"Müdafiə elmi üzrə tədqiqatlarda əhəmiyyətli irəliləyişlərə çatmışıq ki, bu da döyüş potensialının ciddi şəkildə artmasına böyük töhfə verəcək".
Bu sözləri Şimali Koreya lideri Kim Çen İn ölkənin Ali Xalq Məclisində çıxışı əsnasında dilə gətirib. O həmçinin diqqətə çatdırıb ki, son illərdə destroyer tipli hərbi gəmilərin istehsalı da artıb.

"Bu, dəniz gücümüzün qurulmasında ilk mühüm addımdır. Strateji qüvvələrimizi, kütləvi silah istehsalı imkanlarımızı mütəmadi gücləndiririk", – deyən lider sözügedən "məxfi silah" haqqında hər hansı təfərrüatı açıqlamayıb.

Kim Çen İn, eyni zamanda, Şimali Koreyanın nüvə proqramından əl çəkməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bir sıra ölkənin, o cümlədən ABŞ-nin nüvə silahından imtinaya çağırışları "ölkənin konstitusiya quruluşuna hücum"a bərabərdir.

"ABŞ bizi nüvəsizləşdirməyə dair absurd vəsvəsəni boşlasa, reallıqla razılaşsa, danışıqlar masasına otura bilərik", – lider söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Koreya   silah   ABŞ   nüvə   danışıqlar  



Xəbər lenti