Ermənilər Moskvada mitinq keçirir | VİDEO

 Ermənilər Moskvada mitinq keçirir  | VİDEO
  25 Sentyabr 2025    Oxunub:445
Rusiyadakı erməni diasporunun onlarla nümayəndəsi Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın kilsə ilə bağlı siyasətinə qarşı mitinq keçirib.
AzVision.az Rusiya telegram-kanallarına istinadən xəbər verir ki, etirazçılar əllərində “Nikol satqındır”, “Paşinyan düşməndir” şüarları yazılmış plakatlar tutublar.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyan ölkənin qanuni hakimiyyətini devirməyə çağırışda ittiham olunaraq həbs ediliblər.

Həmçinin erməni mənşəli rusiyalı oliqarx Samvel Karapetyan da Ermənistanda həbs olunub.
Nikol Paşinyan özü hazırda Ümumdünya Atom Həftəsi forumunda iştirak etmək üçün Moskvadadır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   ermənilər   mitinq  



Xəbər lenti