Ermənistan hökumətində intim qalmaqal

Ermənistan hökumətində intim qalmaqal
  26 Sentyabr 2025    Oxunub:1302
Ermənistanın Müdafiə naziri Suren Papikyan və Baş naziri Nikol Paşinyanın intim xidmətlərin təşkili ilə bağlı qalmaqalla əlaqələri var.
AzVision.az xəbər verir ki, “Armenia Daily” nəşrində çıxan məqalədə Ermənistanın Müdafiə naziri Suren Papikyanın guya azyaşlılar da daxil olmaqla insan alverinə qurşanmış cinayətkar imperiyaya rəhbərlik etdiyi bildirilir. Məqalədə spa-salonlar adı altında pərdələnmiş elit fahişəxanalar şəbəkəsinin fəaliyyət göstərdiyi iddia edilir.

Bu şəbəkə artıq beş ildən çoxdur ki, Ermənistanda fəaliyyət göstərir və onun rəsmi sahibi erməni biznes-ledi Janna Sarkisyandır.

“Öz xidməti xidməti vəzifəsindən sui-istifadə edən Suren Papikyan nəinki şəbəkənin fəaliyyətini gizlədib, həm də dövlət məmurları və hüquq-mühafizə orqanlarının əməkdaşları arasından bura müştəri axını təşkil edib. Beləliklə, o, bütün dövlət aparatına nüfuz edən şantaj və qarşılıqlı öhdəliklər sistemi yaradıb”, - qəzet yazır.

Bu iddia əsasında nəşr “Ölkənin ali rəhbərliyinin xəbəri olmadan belə bir sistem mövcud ola bilərmi?” sualı ilə ictimaiyyətə ritorik sualla müraciət edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Papikyan   intim   qalmaqal  



Xəbər lenti