İki qütbün arasında seçki

// Moldova prezidenti səsverməyə müdaxilə olunduğunu bildirib

   İki qütbün arasında seçki
  28 Sentyabr 2025    Oxunub:1157
Moldavada çox prinsipial sayılan parlament seçkiləri keçirilir. 101 yerlik parlamentə mandat qazanmaq üçün 15 partiya və 4 blok mübarizə aparırlar. Əsas rəqiblər hazırkı prezident, qərbyönümlü Maya Sandunun “Faəliyyət və həmrəylik” partiyası ilə keçmiş prezident, rusiyameyilli İqor Dodonun başçılıq etdiyi “Vətənpərvər blok”udur.
Seçki ərəfəsində keçirilən rəy sorğuları hər iki qüvvənin təxminən bərabər reytinqə (33-34%) malik olduğunu göstərirdi.

Qərbyönümlü prezidenti Maya Sandu ölkədə keçirilən parlament seçkilərində korrupsiyaya yol verildiyini deyib. O bildirib ki, güc orqanlarının hesablamalarına görə, vətəndaşlarının səslərinin alınması məqsədilə 100 milyon avro vəsait sərf olunub.

Xanım Sandu əlavə edib ki, ölkədə sabitliyi pozmaq üçün bəzi gəncləri xüsusi hazırlyıblar.


Rusiyameyilli siyasətçi sayılan İqor Dodon isə açıqlamasında deyib ki, Moldova hakimiyyəti seçkiyə müdaxilə olduğunu bəhanə gətirərək, 2024-cü ilin dekabrında qonşu Rumıniyada baş tutan ssenari ilə seçkilərin nəticəsini ləğv etməyə hazırlaşır. O seçiciləri sentyabrın 29-da səslərini müdafiə etmək üçün parlamentin qarşısında toplaşmağa çağırıb.

Belə görünür ki, məsələ seçki ilə həll olunmayacaq...

Tariyel Həsənov
AzVision.az


Teqlər: Moldova  



Xəbər lenti