Qırğızıstanda ölüm hökmünün bərpası nəzərdən keçirilir
"O bu qəbildən cinayətlərə, yəni uşaqların və qadınların zorlanmalarına, öldürülmələrinə qarşı daha sərt cəzaların irəli sürülməsini istəyir. Bu məqsədlə qanun layihəsinin hazırlanması üçün Prezident Administrasiyasının hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə tapşır verib. Söhbət ölüm hökmünün tətbiqindən gedir. Prezident vurğulayıb ki, belə cinayətlər cəzasız qalmamalıdır", - Asqat Alagözov söyləyib.
Məlumat üçün diqqətə çatdıraq ki, Qırğızıstanda sentyabrın 27-də 2008-ci il təvəllüdlü Karakol şəhər sakini Aysulu Mukaşeva itkin düşüb. Onun cəsədi Jel-Arık kəndi yaxınlığında tapılıb. Aparılan təhqiqatda üzə çıxıb ki, qız zorlanıb, ardınca boğularaq öldürülüb. İstintaq nəticəsində hadisədə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxs paytaxt Bişkekdə saxlanılıb.
Qırğızıstanda 1991-ci ildən bəri ölüm hökmü həyata keçirilməyib. 2007-ci ildə isə bu cəza tamamilə aradan qaldırılıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Qırğızıstan cinayət ölüm-hökmü







Vaxtında, Aydın, Lazımlı!


