Ukrayna Krıma hücum hazırlayır?

Ukrayna Krıma hücum hazırlayır?
  02 Oktyabr 2025    Oxunub:1060
Qış mövsümünün soyuqları başlamazdan əvvəl Ukrayna Rusiyanın ilhaq etdiyi Krıma “genişmiqyaslı hücuma” keçə bilər.
AzVision.az xəbər verir ki, “Sky News” telekanalının məlumatına görə, təhlükəsizlik və müdafiə məsələləri üzrə britaniyalı analitik Maykl Klark belə ehtimal səsləndirib.

Britaniyalı ekspertin sözlərinə görə, Ukraynada ayın sonuna kimi soyuq havalar başlayacaq, palçıq səbəbindən yollar keçilməz hala gələcək. Lakin bu, Ukrayna ordusunun aktiv hərbi əməliyyatlarını istisna etmir. Çünki ukraynalılar sürpriz etməyi xoşlayırlar.

“Onlar bilirlər ki, bu, təkcə cəbhə xəttindəki ruslara deyil, həm də Qərbin vəziyyətlə bağlı yanaşmasına təsir edir. Ukrayna daha əhəmiyyətli hədəfləri vurmaq üçün Rusiyanın hava hücumundan müdafiə sistemində pozulma yaratmağa cəhd göstərə bilər. Krıma potensial hücum hava hücumunu və ya amfibiya əməliyyatını nəzərdə tuta bilər”, - ekspert vurğulayıb.

WSJ: “Kiyev Rusiyanın dərinliklərini vura biləcək”
Onun sözlərinə görə, Ukrayna ordusunun uzaq məsafədən zərbələr endirmək imkanlarını nəzərə aldıqda, Krım körpüsünə zərbə endirilməsi ehtimalı da inandırıcı görünür.

Xatırladaq ki, daha əvəvl “Wall Street Journal (WSJ)” nəşri Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ-nin Kiyevə kəşfiyyat məlumatı verəcəyini və NATO müttəfiqlərinə də oxşar tələblə müraciət etdiyini yazmışdı. Həmçinin, Vaşinqtonun Ukraynaya “Tomaqavk” və “Barrakuda” qanadlı raketləri ötürməyi düşündüyü də bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Krım   hücum  



Xəbər lenti