Ankara: “Rusiya qazından imtina etməyəcəyik”

   Ankara:    “Rusiya qazından imtina etməyəcəyik”
  03 Oktyabr 2025    Oxunub:1197
Türkiyə Rusiyadan təbii qaz almağı dayandırmayacaq.
AzVision.az xəbər verir ki, Türkiyənin Energetika naziri Alparslan Bayraktar “CNN Turk” telekanalına müsahibəsində belə deyib.

“Rusiya ilə müqavilələrimiz var və qış mövsümü yaxınlaşdıqca biz vətəndaşlarımıza deyə bilmərik ki, qaz yoxdur. Rusiya, Azərbaycan və Türkmənistandan qaz almalıyıq. Türkiyə öz ehtiyaclarına uyğun olaraq enerji resursları alır”, - türekiyəli nazir vurğulayıb.

Kreml: “Türkiyə Rusiyadan imtina etməyəcək”
Alparslan Bayraktar bildirib ki, “Mavi axın” kəməri ilə Türkiyəyə qaz nəqli barədə müqavilənin müddətinin uzadılması üçün hazırda Rusiya ilə danışıqlar aparılır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti onun bunu istəyəcəyi halda Türkiyənin Rusiyadan karbohidrogen ehtiyatları dayandıra biləcəyini iddia edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, müstəqil siyasət aparan Türkiyənin bir sıra mallar üzrə Rusiya ilə sərfəli ticarətini davam etdirəcəyinə əmin olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   Rusiya   qaz  



Xəbər lenti