Şatdaun Kiyevi də çətin vəziyyətə salıb

   Şatdaun Kiyevi də çətin vəziyyətə salıb
  03 Oktyabr 2025    Oxunub:1089
Kiyevə hərbi yardım barədə ABŞ-Ukrayna danışıqları Ameriak hökumətinin bağlanması (şatdaun) səbəbindən dayandırılıb.
AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, ABŞ Konqresində büdcə sazişinin pozulması federal agentliklərin işini iflic vəziyyətinə salmaqla yanaşı, silah tədarükü və birgə müdafiə layihələrini sual altına qoyub.

Mənbələrin məlumatına görə, Kiyevin nümayəndə heyətindən Vaşinqtona səfərini təxirə salmaq istənilib. Əsas narahatlıq silah transferində potensial gecikmələrdir.

“Pentaqon, Dövlət departamenti və Ağ Ev məmurlarının görüşməmməsindən bütün gələcək layihələr zərər çəkir. Biz vaxt itiririk”, - Ukrayna hökumətinin rəsmisi deyib.

Reuters: “Şatdaun dolları silkələyib”
Ukrayna ABŞ ilə dron texnologiyalarının mübadiləsi üçün milyardlarla dollar dəyərində irimiqyaslı müqavilə imzalamağa ümid edirdi. Təşəbbüsü Donald Tramp və Volodimir Zelenski dəstəkləyib. Lakin böhran səbəbindən danışıqlar dondurulub.

Ötən həftə Amerika lideri gözlənilmədən Ukraynanın bütün ərazilərini geri qaytarmağa qadir olduğunu açıqlayıb. Ukrayna prezidenti isə Vaşinqtonu Kiyevə “Tomaqavk” qanadlı raketləri verməyə çağırıb. Onun fikrincə, bu Kremli danışıqlar masası arxasına oturmağa vadar edə bilər. Amerikalı məmurlara istinad edən bəzi KİV-lər hətta Ağ Evin bu variantı nəzərdən keçirdiyini yazıblar.

Ukrayna və beynəlxalq humanitar təşkilatlar xəbərdarlıq edir ki, Rusiya hücumlarının “görünməmiş intensivliyi” fonunda danışıqların pozulması ciddi zərbə ola bilər.

- Putinin Ukraynaya və Avropaya qarşı apardığı müharibəni gücləndirməsi fonunda ABŞ hökumətinin bağlanması son dərəcə mənfi siqnal göndərir”, - “Ukrayna üçün ümid” təşkilatının direktoru Yuri Boyeçko diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   şatdaun   Ukrayna   çətinlik  



Xəbər lenti