Almaniyanın hakim koalisisyasına etimad azalıb

Almaniyanın hakim koalisisyasına etimad azalıb
  06 Oktyabr 2025    Oxunub:694
Almaniyada hakim koalisiya hakimiyyətə gəldikdən sonra Xristian-Demokratlar İttifaqı/Xristian-Sosialistlər İttifaqı (XDİ/XSİ) partiyaları rekord səviyyədə aşağı səviyyədə dəstək problemi ilə üzləşib – cəmi 38%.
AzVision.az xəbər verir ki, “Bild am Sonntag” nəşrinin sifarişi ilə “INSA” institutunun keçirdiyi sorğunun nəticələri belə mənzərəni təsvir edir.

XDİ/XSİ-nin dəstək səviyyəsi indi 24% təşkil edir ki, bu da əvvəlki həftədən bir faiz aşağıdır və mühafizəkarların son altı ayda ən pis göstəricidir.

Sosial Demokratlar da cəmi 14% səs toplayaraq bir xal itirib. Bu o deməkdir ki, XDİ/XSİ-ASDP koalisiyasının ümumilikdə cəmiyyətdə 38% dəstəyi var ki, bu da may ayında hökumət qurulandan bəri ən aşağı nəticədir.

“XDİ/XSİ və ASDP birlikdə 7 faiz dəstəkdən məhrum olublar ki, bu da təxminən hər altı seçicidən birinin itirilməsi deməkdir”, - hesabatda vurğulanır.

Reytinqlərə 26% səslə Almaniya üçün Alternativ (AfD) başçılıq edir. Öz nəticəsini bir faiz yaxşılaşdıraraq 12% toplayan Sol partiya 11% faiz səs toplayan “Yaşıllar”ı arxada qoyub.

Sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən rəy sorusunda 1186 respondent iştirak edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Almaniya   hakimiyyət   reytinq  



Xəbər lenti