Ermənistanda iğtişaşlar: 33 nəfər saxlanılıb

      Ermənistanda iğtişaşlar:    33 nəfər saxlanılıb
  21 Oktyabr 2025    Oxunub:667
Ermənistanın Gümrü şəhərinin bələdiyyə binasının yaxınlığında meydana gələn qarşıdurmalarla əlaqədar 33 nəfər tutulub.
Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılanlar barəsində bir sıra maddə ilə cinayət işi açılıb. Onlar əsasən "kütləvi iğtişaş yaratmaqda", həmçinin qanuni fəaliyyətə müdaxilədə, ədalət mühakiməsinə və istintaq hərəkətlərinə maneçilik törətməkdə təqsirli bilinirlər.

Xatırladaq ki, dünən səhər saatlarında Ermənistanın təhlükəsizlik qüvvələri Gümrü bələdiyyəsində xüsusi axtarış aparıb. Nəticədə şəhərin meri Vardan Qukasyan və daha 7 nəfər rüşvətxorluq ittihamı ilə saxlanılıblar. Axtarış aparıldığı əsnada merin tərəfdarları binanı mühasirəyə alıblar. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında uzunmüddətli toqquşma meydana gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Gümrü   iğtişaş   həbs  



Xəbər lenti