Ermənistanda ölmüş generalın qohumlarının əmlakı müsadirə olunur

Ermənistanda ölmüş generalın qohumlarının əmlakı müsadirə olunur
  21 Oktyabr 2025    Oxunub:742
Ermənistan məhkəməsi mərhum general Manvel Qriqoryanın qohumlarına və yaxınlarına məxsus 3 milyon dollardan çox əmlakı müsadirə edib.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, beləliklə də, məhkəmə Ermənistan Baş Prokurorluğunun iddiasını qismən təmin edib.

Bununla belə, Ermənistanın Baş Prokurorluğu iddiannın rədd edilmiş hissəsi üzrə qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, hələ 2023-cü ildə generalın və həyat yoldaşının əmlakına həbs qoyulmuşdu. Belə ki, general Manvel Qriqoryan 2018-ci ilin iyun ayından qanunsuz silah və sursat saxlamaq, 100 milyon dramdan (200 min dollardan çox) dəyərində əmlakı mənimsəməkdə, vergidən yayınmada, dövlət əmlakını mənimsəməkdə (hər iki halda bir milyard dramdan çox) ittihamlarla həbs edilmişdi.

Həmin vaxt onun həyat yoldaşı Nazik Əmiryana da ittiham irəli sürülmüşdü. 2020-ci ilin noyabrında Mnavel Qriqoryan həbsxanada ölüb.

Yeri gəlmişkən, general Manvel Qriqoryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal edən Ermənistan ordusunun 5-ci briqadasının komandanı olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qriqoryan   əmlak   müsadirə  



Xəbər lenti