Takaiti: “Yaponiya Rusiya ilə sülh istəyir”

      Takaiti:    “Yaponiya Rusiya ilə sülh istəyir”
  24 Oktyabr 2025    Oxunub:1222
Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın yeni baş naziri Sanae Takaiti vəzifəyə gəlməsi münasibətilə ölkə parlamentindəki proqram çıxışı zamanı belə deyib.

“Yaponiya ilə Rusiya arasında münasibətlər çətin vəziyyətdədir, lakin Yaponiya hökumətinin siyasəti Şimal əraziləri məsələsini ( Rusiyaya məxsus olan Kuril adalarının cənub hissəsi – red. ) həll etmək və sülh müqaviləsi bağlamaqdan ibarətdir”, - xanım Takaiti vurğulayıb.


Yaponiya tarixində ilk I Qadın baş nazir olacaq
Baş nazir bildirib ki, bununla yanaşı, Yaponiya hökuməti Ukraynadakı münaqişənin tənqidini davam etdirəcək.

Xatırladaq ki, Sanae Takaiti Yaponiyanın tarixində ölkənin baş naziri postunu tutan ilk qadındır. Oktyabrın 4-də o, hakim Liberal Demokrat partiyasının sədrliyinə seçkilərdə qalib gəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Yaponiya   Rusiya   Kuril  



Xəbər lenti