Peskov: "Aİ isteriyaya qapılıb"

  Peskov:  "Aİ isteriyaya qapılıb"
  28 Oktyabr 2025    Oxunub:829
"Avropa İttifaqına bir sıra üzv ölkələr hərbi isteriya vəziyyətinə düşüb".
Bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov yerli jurnalistlərlə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Aİ belə bir vəziyyətdə müəyyən səhvlərə yol verir.
Estoniya: "Aİ "hərbi Şengen" yaratmalıdır"

"Məsələn, Rusiya aktivlərinin müsadirəsi, yaxud Ukraynanın ittifaqa qəbulu düşünülməmiş, tələsik addımlardır", – mətbuat katibi bildirib.

Xatırladaq ki, oktyabrın 23-də Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketi təsdiqlənib. Sanksiyalar çərçivəsində moskvalı diplomatların ittifaq daxilindəki ölkələrdə sərbəst gediş-gəlişinə məhdudiyyət qoyulub. Eyni zamanda, Rusiya neftini daşıyan bir sıra xarici şirkət və tanker də sanksiyalara tuş gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya     gərginlik   sanksiyalar  



Xəbər lenti