Pakistan ilk dəfə ABŞ-dən neft alıb
Bildirilib ki, bu proses Pakistanın xam neft idxalının şaxələndirilməsində mühüm addımdır; eyni zamanda, Vaşinqtonla ticarətin inkişafına töhfə verəcək. İslamabad öz neft ehtiyacını əvvəllər əsasən Yaxın Şərq ölkələrindən ixrac hesabına ödəyirdi.
Məlumata görə, ikinci partiyanın çatdırılması noyabr ayının ortalarına, üçüncü isə gələn ilin əvvəlinə planlaşdırılır. Bu ixracat sayəsində Pakistan-ABŞ ticarət balansının təqribən 200 milyon dollar artacağı gözlənilir.
İslamabad və Vaşinqton arasında neft sazişi razılaşması cari ilin aprelindən bəri aparılan danışıqların nəticəsində 30 iyunda imzalanıb. Bu proses ABŞ Prezidenti Donald Trampın "Pakistan üçün idxal tarifini 29%-ə çatdıracağı hədəsi fonunda" başlayıb. Beləliklə, Pakistan hökuməti yerli neft emalı zavodlarını ABŞ xam neftinin idxalını nəzərdən keçirməyə çağırıb.
Neft Pakistanın əsas idxal məhsuludur. Ölkədə 2024-2025 maliyyə ilində bu məhsulun alışı üçün 11,3 milyard dollar (ümumi idxalın təqribən 1/5-i) ayrılıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Pakistan ABŞ neft idxal







Vaxtında, Aydın, Lazımlı!


