Melissa qasırğası | Ölənlərin sayı artır

      Melissa qasırğası    | Ölənlərin sayı artır
  31 Oktyabr 2025    Oxunub:645
Karib dənizində ötən günlərdə meydana gələn, son illərin ən güclü təbiət hadisəsi sayılan "Melissa" qasırğası böyük dağıntı və itkilərlə davam edir.
ABŞ-nin "The Washington Post" qəzeti rəsmi mənbələrə istinadən xəbər verir ki, qasırğa nəticəsində Karib dənizi hövzəsində – Haiti, Dominikan və Yamaykada indiyədək 40-dan çox insan həyatını itirib:

"Hazırda dağıntıların təmizlənməsi işləri aparılır. Bu səbəbdən ölənlərin sayının artacağı gözlənilir. Bildirilir ki, küləyin episentrdə maksimal sürəti 82 m/s-ə çatır".
Güclü qasırğa ABŞ-nin cənubunu çənginə alıb

ABŞ Milli Qasırğa Mərkəzinin son məlumatına görə, "Melissa" Baham adalarından keçərək, Atlantik okeanının dərinliyinə doğru irəliləyir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Amerika   qasırğa  



Xəbər lenti