NATO Moskva və Kiyevi danışıqlara çağırıb

NATO Moskva və Kiyevi danışıqlara çağırıb
  03 Noyabr 2025    Oxunub:890
Əməliyyat baxımından Ukraynada döyüşlər dalana dirənib və danışıqlara keçmək lazımdır.
AzVision.az xəbər verir ki, NATO-nun Hərbi komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “BBC” telekanalına müsahibəsində Ukraynada döyüşlərin dalana dirənməsi səbəbindən həyat itkilərinin qarşısını almaq üçün danışmaq vaxtı çatdığını bildirib.

“Alyans uzunmüddətli sülhün bərqərar olması üçün onları danışıqlar masası arxasında bir araya gətirəcəyimiz günə qədər Ukraynanı dəstəkləyəcək. Avropa öz müdafiəsini öhdəsinə götürmək və Ukraynanı dəstəkləməyə hazır olmaq üçün bir növ həyəcanlı siqnal aldı”, - admiral deyib.

FT: “Pokrovsk şəhərinin itirilməsi təhlükəsi var”
Onun fikrincə, NATO-nun müdafiə prioriteti hava hücumundan müdafiədir (HHM). Admiral bir neçə ay ərzində blokun şərq sərhədlərində “dron divarının” qurula biləcəyini və NATO-nun Norfolkdakı (ABŞ-nin Virciniya ştatı) Birgə Transformasiya Komandanlığının artıq bunun üzərində işlədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, son bir həftədə Ukraynanın Pokrovsk, Mirnoqrad və Kupyansk şəhərləri ətrafında şiddətli döyüşlər gedir. Rusiya tərəfi bu istiqamətlərdə minlərlə ukraynalı hərbçinin mühasirəyə alındığını iddia edir.

Ukrayna Silahlı qüvvələrinin Baş Komandanı Aleksandr Syrski Pokrovsk yaxınlığında çətin vəziyyət yarandığını etiraf etsə də, hərbi bölmələrin mühasirəyə düşmədiyini bildirib. O, həçminin, Ukrayna əsgərlərinin həyatının xilas edilməsinin prioritet məsələ olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   NATO   Ukrayna   Rusiya  



Xəbər lenti