BBC: “Üzr istəyirik, amma pul ödəməyəcəyik”

      BBC:    “Üzr istəyirik, amma pul ödəməyəcəyik”
  14 Noyabr 2025    Oxunub:959
Böyük Britaniyanın “BBC” telekorporasiyası ABŞ prezidenti Donald Trampın çıxışının bəzi hissələrinin montaj olunduğu “Panorama” sənədli filminə görə üzr istəsə də, onun təzminat tələblərini rədd edib.
AzVision.az xəbər verir ki, “BBC” həmçinin sözügedən filmi bir daha efirə buraxmayacağını bildirib.

Tele-radio şirkəti yayımladlığı “Panorama” sənədli filmini təkiz etməyəcəyi, üzr istəməyəcəyi və təzminat ödəməyəcəyi halda, ABŞ prezidentinin vəkilləri məhkəmədə “BBC”-yə qarşı 1 milyard dollarlıq iddia qaldıracaqalrı ilə hədələyiblər.

- “BBC”-nin hüquqşünasları noyabrın 9-da alınan məktuba cavab olaraq prezident Trampın hüquq qrupuna məktub göndəriblər”, - şirkətin sözçüsü deyib.

“BBC”-nin İdarə Heyətinin sədri Samir Şah Ağ Evə ayrıca şəxsi məktub göndərərək prezident Trampa bildirib ki, şəxsən özü və korporasiya Amerika liderinin 6 yanvar 2021-ci il tarixli çıxışının proqramda nümayiş etdirilən redaktəsindən təəssüflənir. O, “BBC”-nin bir daha “Tramp: İkinci Şans?” sənədli filmini yayımlamayacağı vədini verib.

Bundan əvvəl “BBC”-nin baş direktoru Tim Devi və xəbərlər departamentinin rəhbəri Debora Terness Trampın çıxışı ilə bağlı saxtakarlıq qalmaqalı fonunda istefa veriblər. “Daily Mail” nəşri onların istefa qərarlarının “BBC”-də “Panorama” sənədli filminin tənqidindən sonra açıqlandığını bildirib.

Xatırladaq ki, noyabrın 3-də “The Daily Telegraph” qəzetinin yazdığına görə, Trampın çıxışı 2024-cü ilin oktyabrında ABŞ-də prezident seçkiləri öncəsi yayımlanan “Panorama” sənədli filmində guya konqresi zəbt etmək çağırışı kimi redaktə olunub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: BBC   Tramp   üzrxahlıq  



Xəbər lenti