FTB Trampa sui-qəsdin təhqiqatı barədə məlumat açıqlayıb

   FTB Trampa sui-qəsdin təhqiqatı barədə məlumat açıqlayıb
  15 Noyabr 2025    Oxunub:794
ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Tomas Metyu Kruks təkbaşına hərəkət edib.
AzVision.az xəbər verir ki, ABŞ Federal Təhlükəsizlik Bürosunun direktoru Keş Patelin “X” sosial şəbəkəsindəki paylaşımında belə deyilir.

“480-dən çox FTB agentinin apardığı araşdırma nəticəsində məlum olub ki, Kruks onlayn və oflayn əlaqələri məhdudlaşdırıb, hücumu tək planlaşdırıb və həyata keçirib. O, hücumu həyata keçirmək niyyətini heç kimə açıqlamayıb”, - FTB direktoru yazıb.

Keş Patel bildirib ki, təhqiqat çərçivəsində FTB agentləri 1000-dən çox müsahibə aparıb, 500 minə yaxın rəqəmsal faylı nəzərdən keçirib. Ələ keçirilən 13 cihazdan məlumatları və yüzlərlə saatlıq videonu təhlil edib.

Dietoloqluqdan peşəkar qatilliyə gedən yol - Trampı vuran kimdir?
Xatırladaq ki, 2024-cü ildə Donal Trampa qarşı iki sui-qəsd cəhdi olub.

İyulun 13-də gələcək prezidentin Pensilvaniya ştatında seçicilər qarşısında çıxışı silah atəşi səsləri ilə kəsilib. 20 yaşlı Tomas Metyu Kruks təhlükəsizlik perimetrindən kənarda yerləşən binanın damından atəş açıb. Bir güllə Trampın qulağına dəyib və onu ABŞ Məxfi Xidməti onu çıxış səhnəsindən çıxarıb.

Sentyabrın 15-də isə Donald Tramp Florida ştatındakı qolf klubunda oynayan zaman atışma baş verib. Silahlı şəxs Trampdan təxminən 500 metr aralıda kolluqların arasında gizlənib. Tüfəng lüləsini görən Məxfi Xidmət agentləri atəş açıblar. Şübhəli şəxs silahı yerə ataraq avtomobilə minib qaçsa da, tezliklə qonşu mahalda yaxalanıb. Həmin şəxs 58 yaşlı Rayan Uesli Rautdur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   sui-qəsd   təhqiqat  



Xəbər lenti