Tramp: “Qətiyyətli addımlar atmağa hazıram”

      Tramp:    “Qətiyyətli addımlar atmağa hazıram”
  18 Noyabr 2025    Oxunub:877
Vaşinqton narkotik kartelləri ilə mübarizə və ABŞ-yə narkotik axınını azaltmaq üçün bu cür hərəkətləri zəruri sayarsa, Meksika ərazisinə zərbə endirmək ehtimalı Donald Trampı narahat etmir.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərlə Aş Evdə sözhbəti zamanı narkotiklərin yayılmasının qarşısını almağa kömək edəcək istənilən tədbiri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

“Bu, mən qane edir. Narkotik axınının qarşısını almaq üçün hər şeyi etməliyik”, - Amerika lideri vurğulayıb.

Transmilli narkotik cinayətlərinə qarşı mübarizə mövzusunu davam etdirən ABŞ prezidenti bildirib ki, Kolumbiyada da analoji yanaşmanı nəzərdən keçirəcək. Çünki bu ölkədə narkotik istehsalında əsas dairə rolunu oynayan “kokain fabrikləri” var.

- Mən bu fabrikləri vurardımmı? Şəxsən bunu etməkdən qürur duyardım. Demirəm ki, bunu edəcəyəm, amma bundan qürur duyardım”, - Donald Tramp deyib.

Politico: “Epşteyn Tramp barədə Rusiyaya məlumat təklif edirmiş”
Söhbət zamanı Ağ Evin rəhbəri səsinin xırıltılı olmasına da aydnınlıq gətiri. Onun sözlərinə görə, beynəlxalq ticarətlə bağlı emosional müzakirələr zamanı səsini gücə salıb.

“Ticarət razılaşmaları ilə bağlı “bəzilərinin səfehliyi” məni onu sərt reaksiya verməyə məcbur edib. Ölkələrdən biri sazişlərin şərtlərini dəyişdirməyə cəhd göstərdi, lakin mən vəziyyəti düzəltdim”, - Amerika lideri iddia edib.

Lakin Donald Tramp sözhbətin hansı ölkədən getdiyini dəqiqləşdirməyib.

O, həmçinin Konqresin müvafiq qanun layihəsi qəbul edəcəyi tərzdə, CeFfri Epşteyn işi ilə bağlı bütün materialları tam açıqlamağa hazır olduğunu bəyan edib: “Mən onlara hər şeyi verəcəyəm, gizlədəcək bir şeyim yoxdur”.

Donald Tramp bildirib ki, onun Epşteynlə tanışlığı olmayıb və bu məsələ maliyyəçi ilə tanışlığı olan demokratlara daha çox aiddir.

Xatrıladaq ki, ötən həftə “Poitico” nəşri Cefri Epşteynin ABŞ Konqresinin müstəntiqləri tərəfindən açıqlanan elektron məktubların onun Donald Tramp haqqında məlumatlar ötürmək üçün rus diplomatları ilə əlaqə yaratmağa cəhd göstərdiyindən xəbər verdiyini yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Meksika   Epşteyn  



Xəbər lenti