Ayan Turekulov: "Qazaxıstan-Azərbaycan birliyi Türk dünyasının nüfuzunu yüksəldəcək"

  Ayan Turekulov:   "Qazaxıstan-Azərbaycan birliyi Türk dünyasının nüfuzunu yüksəldəcək"
  24 Noyabr 2025    Oxunub:1298
Qazaxıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətləri əsrlərin dərinliyindən gəlir və bu gün strateji tərəfdaşlıq səviyyəsində daha da güclənir.
AzVision.az xəbər verir ki, bu sözləri Qazaxıstan “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov Türk Dövlətləri Təşkilatının QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu"na həsr olunan paneldə söyləyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu münasibətlərin inkişafı üçün mühüm platformadır. TDT çərçivəsində Qazaxıstan və Azərbaycan arasında siyasi dialoq genişlənir, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yeni mərhələyə yüksəlir.

“Xüsusilə Orta Dəhliz layihəsi və regionda dayanıqlı nəqliyyat marşrutlarının yaradılması iki ölkə üçün prioritet istiqamətlərdəndir. Bu təşəbbüslər təkcə Qazaxıstan və Azərbaycanın deyil, bütün Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirir. Həmçinin humanitar sahədə, qeyri-hökumət təşkilatlarının əməkdaşlığında, gənclər və təhsil layihələrində geniş perspektivlər mövcuddur. Cəmiyyətlərimizin yaxınlaşması dövlətlərimiz arasında münasibətləri daha da güclü edir. Biz inanırıq ki, Qazaxıstan və Azərbaycan arasında birliyin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatının gücünü artıracaq, Türk dünyasının qlobal nüfuzunu daha da yüksəldəcək”, - deyə Ayan Turekulov vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Qazaxıstan  



Xəbər lenti