Venesuelada “mülayimləşmə siyasəti” başlayıb

Venesuelada “mülayimləşmə siyasəti” başlayıb
  09 Yanvar 2026    Oxunub:1884
Prezidentliyə keçmiş namizəd Enrike Markes də daxil olmaqla Venesuelada 800-dən çox siyasi məhbus həbsdən azad edilib.
AzVision.az xəbər verir ki, “El Nacional” nəşrinin məlumatına görə, müxalif siyasətçisi Xuan Pablo Quanipa və hüquq müdafiəçisi Rosio San-Migel azadlığa buraxılacaqlar.

KİV-lər həmçinin müxalifətin Venesuelada keçirilən son prezident seçkilərinin əsl qalibi hesab etdiyi siyasətçi Edmundo Qonzales Urrutiyanın kürəkəni Rafael Tudaresin azadlığa buraxıla biləcəyi barədə xəbərlər yayıblar.

“Venesuela “azad və müstəqil” dövlət kimi qalır və hücumlar zamanı heç kim boş-bekar qalmayıb. Burada heç kim təslim olmadı. Vətənimiz və bizi azad edənlər uğrunda döyüş gedirdi”, - hazırda müvəqqəti olaraq Venesuela prezidenti vəzifəsini icra edən vitse-prezident Delsi Rodriqes vurğulayıb.

ABŞ-yə gətirilən Maduro: “Yeni iliniz mübarək!”
Xatırladaq ki, yanvarın 3-də Amerikalı xüsusi təyinatlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Selia Flores ABŞ-nin Federal Təhlükəsizlik Bürosunun agentlərinin müşayiəti ilə gecə ikən təyyarədə Nyu-Yorka gətiriliblər.

Vaşinqton bir sıra ittihamlar əsasında onların ABŞ-nin ədalət məhkəməsi qarşısına çıxarılacağını bildirib. Eyni zamanda, ABŞ prezidenti baş verənlərin arxasında Venesuelanın məhz zəngin neft ehtiyatlarına marağı dayandığını açıq-aşkar bəyan edir.

Yeri gəlmişkən, Ağ Evin rəhbəri “Fox News” telekanalına müsahibəsində ABŞ-nin Venesuela neftindən yalnız bir gündə 4 milyard dollar qazandığını deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Venesuela   mülayimləşmə  



Xəbər lenti