Azərbaycan Gürcüstana ən çox investisiya qoyan dördüncü ölkədir

Azərbaycan Gürcüstana    ən çox investisiya qoyan    dördüncü ölkədir
  10 İyun 2026    Oxunub:255
Cari ilin birinci rübündə Gürcüstana birbaşa xarici investisiyalar 47,7 faiz artaraq 271,2 milyon dollar təşkil edib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, qeyd olunan dövrdə ölkəyə ən böyük investisiyanı Birləşmiş Krallıq yatırıb. Siyahıda sonrakı pillələrdə ABŞ, Niderland və Azərbaycan dayanır.

Birinci rübdə birbaşa xarici investisiyalar əhəmiyyətli dərəcədə artıb. 2026-cı ilin birinci rübündə ən çox investisiya maliyyə və sığorta fəaliyyəti sektoruna, ardınca isə daşınmaz əmlak, informasiya və rabitə, enerji və ticarət sektorlarına qoyulub.


Teqlər: İnvestisiya   Gürcüstan  



Xəbər lenti