Qəbələyə ən çox turist haradan gəlir?

   Qəbələyə ən çox turist    haradan gəlir?
  16 İyul 2026    Oxunub:379
Bu ilin yanvar-iyun aylarında Qəbələ rayonunda fəaliyyət göstərən mehmanxana və hotel tipli obyektlərdə yerləşənlərin 67,3 faizini Azərbaycan, 32,7 faizini isə xarici ölkə vətəndaşları təşkil edib.
Qəbələ rayon Statistika İdarəsinin məlumatına görə, rayon ərazisində ilin yanvar-iyun aylarında 25 mehmanxana və mehmanxana tipli obyektdən 17-si fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 119,0 manat təşkil edib və turistlərin qalma müddəti 1-2 gün arasında dəyişib. Bu müddətdə hotel və mehmanxana tipli obyektlərə, ümumilikdə 44 min 207 nəfər yerləşdirilib.

Hotel və mehmanxana tipli obyektlərə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 1856 nəfər və ya 4,4 faiz artıb. 2026-cı ilin yanvar-iyun aylarında yerli turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 66 nəfər və ya 59,2 faiz artım, əcnəbi turistlərin sayında isə 9210 nəfər və ya 38,9 faiz azalma qeydə alınıb.

Yanvar-iyun aylarında rayona gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edərək, 4444 nəfər olub. Bununla yanaşı, Səudiyyə Ərəbistanından 2628 nəfər, İsraildən 1416 nəfər, Birləşmiş Ərəb Əmirliklərindən 1381 nəfər, Pakistandan 657 nəfər, Rusiyadan 576 nəfər, Türkiyədən 253 nəfər, Küveytdən 249 nəfər, Bolqarıstandan 196 nəfər, Ukraynadan 122 nəfər, Omandan 120 nəfər, ABŞ-dən 110 nəfər, Çexiyadan 95 nəfər, Qazaxıstandan 93 nəfər, Qətərdən 92 nəfər, Böyük Britaniyadan 68 nəfər, Polşadan 56 nəfər, Gürcüstandan 53 nəfər, Almaniyadan 51 nəfər, digər ölkələrdən isə 1796 nəfər turist gəlib.


Teqlər: Turizm  



Xəbər lenti