`Bizdə riyakarlıq ana bətnində yaranır` - Erməni yazarlar öz xalqları haqqında

`Bizdə riyakarlıq ana bətnində yaranır` - Erməni yazarlar öz xalqları haqqında
  10 Avqust 2015    Oxunub:3866
Ermənilərin dünya durduqca gördükləri hər şeyə tamah salması, özününküləşdirməsi tək bizim üçün yox, bütün dünya üçün adi hadisəyə çevrilib. Femida.az erməni alimlərin özləri haqda dedikləri aforizmə çevrilmiş ifadələri sizə təqdim edir.

Erməni şairi Yeqişe Çarens : “Bizdə riyakarlıq ana bətnində yaranır”.

Ovanes Tumanyan: “... Həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”.
(O. Tumanyan, “İzbrannaya proza”, səh.201, Yerevan 1977).

N.S.Vartapetov: “Xristian bayrağı ilə silahlanaraq (Erməni kilsəsi nəzərdə tutulur) bütün dövrlərdə tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qarabağın (Arsax) xalqlarını məhv etmişdir” və “bir vaxtlar tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Bizans imperiyasına, İran Sasanilərinə, ərəb xəlifələrinə və monqollara xidmət etdiyi kimi Səfəvilərə, daha sonra Rusiya imperiyasına xidmət etmişdir”.
(Vartapetov, “Xristianskie pamyatniki Zakavkaziya”).

Manuk Abeqyan - ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik : “... Erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.
(İstoriya armyanskoy literaturı” İrəvan, 1975).

Tanınmış mütəxəssis Levon Dabeqyan: “...Ermənilər öz milli varlığı üçün birbaşa... türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi”.

Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir”, “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb... bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq”.
(X. Abovyan, “Ranı Armenii, İrəvan, 1939).

Qazaros Ağayan: “Türklər [azərbaycanlılar], kürdlər – kürd, ermənilər isə - azərbaycanlılaşdırılmış erməni hesab edirlər. Onun mahnılarını Azərbaycan və kürd dillərində ancaq ermənilər oxuyurlar”.
(Q.Aqayan, İzbrannıe proizvedeniya, İrəvan, 1939, na armyanskom yazıke).

“... Bizim aşıqların şeirlə dastanları yoxdur, onların hamısı Azərbaycancadır”. (Q. Aqayan)

A.Arşaruni: “Erməni aşıqlarının Azərbaycan, erməni və gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq yersiz olardı. Erməni xalqı daima Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir”.

Yuxarıdakı nümunələrdən sizə saysız-hesabsız örnəklər təqdim edə bilərik. Ermənilərin özlərinə məxsus dilinin, ədəbiyyatının, söz ehtiyatının olmaması haqda öz dillərindən tarixi faktlar yetəri qədərdir.

Günay Arda


Teqlər:





Xəbər lenti