Faciədən 39 gün keçdi - `Günəşli` hələ də yanır

Faciədən 39 gün keçdi - `Günəşli` hələ də yanır
  12 Yanvar 2016    Oxunub:3223
Ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlunun cəsədi yaxın saatlarda ölkəmizə gətiriləcək.
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, “Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi Türkmənistan istiqamətində axtarışlar aparır.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti